Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

Peşə liseylərində yeni ştatlar yaradılacaq

30 yanvar / 09:19 3 dəq
65b7cad93a62265b7cad93a623170654383365b7cad93a62065b7cad93a621
30 yanvar / 09:19
Burada sizin reklamınız ola bilər

Nazirlər Kabineti “Azərbaycan Respublikası dövlət peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatları haqqında” qərarına dəyişiklik edib.
“Qərb Xəbər” məlumat verir ki, qərara əsasən, işçilərinin sayı 50 nəfərdən çox olan peşə təhsili müəssisələrində 1 (bir) ştat vahidi əməyin
mühafizəsi üzrə mühəndis vəzifəsi müəyyən edilir.

Peşə liseyləri və peşə təhsil mərkəzlərində təhsilalanların sayı 250 nəfərdən artıq olduqda 1 (bir) ştat vahidi ümumtəhsil fənləri
üzrə tədris hissə müdiri vəzifəsi müəyyən edilir. İlk və texniki peşə təhsili səviyyələri üzrə hər ixtisas qrupuna görə 1 (bir) ştat vahidi, “Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığın müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 mart tarixli 86 nömrəli Qərarının 3-cü hissəsində qeyd olunan halda isə 2 (iki) ştat vahidi istehsalat təlimi ustası vəzifəsi müəyyən edilir.

Tədrisin kredit sistemi ilə təşkil olunduğu qruplarda təhsil alan hər 100 tələbəyə görə 1 (bir) ştat vahidi tyutor vəzifəsi müəyyən edilir.

Hər bir inklüziv təhsil qrupuna görə 1 (bir) ştat vahidi müəllim köməkçisi vəzifəsi müəyyən ediləcək.

Qərara görə, peşə təhsili müəssisələrinin filialı olduqda, filial üzrə 1 (bir) ştat vahidi filial müdiri, 1 (bir) ştat vahidi psixoloq, 1 (bir) ştat vahidi
tədrisin təşkili üzrə koordinator, 1 (bir) ştat vahidi inzibati işlər üzrə koordinator, 3 (üç) ştat vahidi gözətçi (peşə təhsili müəssisələrində
binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda), 1 (bir) ştat vahidi binanın istismarı üzrə texnik, 1 (bir) ştat vahidi
fəhlə vəzifələri müəyyən edilir.

Peşə təhsili müəssisələrinin korpusları əsas korpusdan fərqli rayon/şəhərdə yerləşdikdə, korpus üzrə 1 (bir) ştat vahidi korpus
rəhbəri, 1 (bir) ştat vahidi psixoloq, 1 (bir) ştat vahidi tədrisin təşkili üzrə koordinator, 1 (bir) ştat vahidi inzibati işlər üzrə koordinator,
3 (üç) ştat vahidi gözətçi (peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda),
1 (bir) ştat vahidi binaların istismarı üzrə texnik, 1 (bir) ştat vahidi fəhlə vəzifələri müəyyən edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı