Ağstafa

Bakı-Qazax magistralında 10-dan çox maşın toqquşdu: Xəsarət alanlar var

28 yanvar / 10:34 2 dəq
Qar avtoqeza
28 yanvar / 10:34
Burada sizin reklamınız ola bilər

Yanvarın 27-si axşam saatlarında Bakı-Qazax-Qırmızı körpü avtomagistiralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində asfalt örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Qerbxeber.com -a  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Hadisə ilə əlaqədar dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu Tağımının əməkdaşları həmin ünvana gələrək hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirib.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər- Türkiyə vətəndaşları – 1970-ci il təvəllüdlü Atəş Asan oğlu Bekar və 1990-cı il təvəllüdlü Ramazan Abdulla oğlu Taş xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.

Qeyd edək ki, yolun buz bağlaması səbəbindən baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində üç TIR tipli yük avtomobili aşıb, 10-dan çox yük maşını isə toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər