Dünya

Baş nazir İspaniyanın Aİ-nin husilərə qarşı mümkün əməliyyatına dair mövqeyini açıqlayıb

14 yanvar / 14:10 1 dəq
65a3afd2040d565a3afd2040d6170522619465a3afd2040d365a3afd2040d4
14 yanvar / 14:10
Burada sizin reklamınız ola bilər

Baş nazir Pedro Sançes İspaniyanın Avropa İttifaqının Qırmızı dənizdə husilərə qarşı mümkün əməliyyatına dair mövqeyini açıqlayıb.

“Qərb Xəbər”in məlumatına görə, Pedro Sançes “Pais” qəzetinə müsahibəsində deyib ki, İspaniya Qırmızı dənizdə ticarət gəmilərinin qorunması üçün Avropa İttifaqının Yəmənin şimalında və mərkəzində husilərə qarşı mümkün əməliyyatına mane olmayacaq.

Baş nazir qeyd edib ki, İspaniyanın 3 mindən çox hərbçisi müxtəlif missiyalarda iştirak edir: “Biz Avropa İttifaqının Qırmızı dənizdə yeni missiyaya başlamasına etiraz etmirik. Ancaq biz həmin missiyada iştirak etmək istəmirik. Çünki hesab edirik ki, biz artıq digər beynəlxalq missiyalarda iştirak edirik və bu missiyaya digər ölkələr rəhbərlik etməlidir”.

Paylaş
Burada sizin reklamınız ola bilər