Siyasət

Həmsədrlər Dağlıq Qarabağda olub

16 oktyabr / 12:00 1 dəq
Dd81a430 0c7e 48ae bd1c 8506fa9c2ee9
16 oktyabr / 12:00
Burada sizin reklamınız ola bilər

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şafer (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onları müşaiyət edən vəzifəli şəxslər oktyabrın 16-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində olublar.

Diplomatlar Xankəndində Dağlıq Qarabağdakı erməni işğalçı rejiminin rəhbəri Bako Saakyanla görüşüblər.

Görüşdə münaqişənin tənzimlənməsi ilə bağlı danışıqların hazırkı vəziyyəti, qoşunların təmas xəttindəki durum müzakirə olunub.

Həmsədrlər daha sonra Bakıya yola düşəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər