Bölgə xəbərləri

“Turan Tovuz”un futbolçularına irqçiliyə qarşı mübarizə üzrə təlim keçirilib

8 yanvar / 13:38 1 dəq
Eb770dbf 6c4f 3f16 8e2d 392e3b2e0058
8 yanvar / 13:38
Burada sizin reklamınız ola bilər

“Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə və məşqçi heyətinə irqçiliyə qarşı mübarizə üzrə təlim keçirilib.

Bölgə təmsilçisindən “Qərb Xəbər”ə verilən məlumata görə, tədbirdə akademiyanın koordinatoru Rasim Əliyev, mətbuat katibi, eyni zamanda lisenziyalaşdırma meneceri Süleyman Tağıyev, futbolda sosial məsul üzrə əməkdaşı Elmir Musayev iştirak edib.

Görüş zamanı mövzu ilə bağlı xüsusi təqdimatlar edilib, maarifləndirici çıxışlar aparılıb, əyani videoçarxlar nümayiş olunub.

“Turan Tovuz” futbol adına ləkə salan və ümumiyyətlə, insanlıqdan uzaq olan bu cür halları pisləyib, irqçiliyə qarşı mübarizə aparacağını bəyan edib.

Paylaş
Burada sizin reklamınız ola bilər