Siyasət

Milli Məclisin payız sessiyası başlayır

23 sentyabr / 12:43 1 dəq
8949eb80 92b7 44c9 89f7 244cb9fa808e
23 sentyabr / 12:43
Burada sizin reklamınız ola bilər

Gələn həftə – sentyabrın 30-da Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçiriləcək.

Sessiya dövründə Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə baxılacaq, o cümlədən 2020-ci ilin büdcə zərfi müzakirə olunacaq.

Payız sessiyası dekabrın 30-dək davam edəcək.

Xatırladaq ki, parlamentin komitələri sentyabrın 11-dən fəaliyyətə başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər