Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Gürcüstan Prezidentinə cinayət işi açıla bilər

19 oktyabr / 17:17 2 dəq
6e7f7fbc 3b69 3b74 8dc5 47e3f9c65038
19 oktyabr / 17:17
Burada sizin reklamınız ola bilər

Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiyanı pozub və onun sonrakı hərəkətlərində cinayət əlamətləri aşkarlanarsa, istintaq başlayacaq.

“Qərb Xəbər” məlumat verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqvadze jurnalistin prezidentə qarşı cinayət işinin başlanmasının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən bildirib.

“Ümumiyyətlə, cinayət törədilibsə, təbii ki, istintaq başlaya bilər. Konstitusiya Məhkəməsi prezidentin Gürcüstan Konstitusiyasını pozması ilə bağlı qərar qəbul edib. Dövlət başçısının Konstitusiyanı pozmasının müəyyən edilməsi faktı şəxsən ədliyyə naziri kimi mənim üçün çox kədərlidir”, – Rati Breqadze vurğulayıb.

Onun sözlərinə görə, cinayət işinin başlanması ilə bağlı digər təfərrüatları prokurorluq dəqiqləşdirməlidir.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bir müddət əvvəl bəyan etmişdi ki, Salome Zurabişvili hökumətin razılığı olmadan xarici səfərləri davam etdirərək konstitusiyanı pozarsa, özünü qanundan kənarda qoyacaq.

“Xalqın Gücü” ictimai hərəkatının liderlərindən biri, deputat Quram Maçaraşvilinin sözlərinə görə, prezident Konstitusiya Məhkəməsinin qərarına tabe olmasa, o, cinayət məsuliyyətinə cəlb olunacaq.

Qeyd edək ki, oktyabrın 18-də Salome Zurabişvilinin Gürcüstan prezidenti vəzifəsindən kənarlaşdırılması məsələsini cəmi 86 deputat (100 deputatın səsi həlledicidir – red) dəstəkləyib. Bununla da impiçment baş tutmayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı