İdman

Dünya çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

3 noyabr / 09:02 1 dəq
Bc5d2d4c f7c3 3ef1 8645 cf955360eabb
3 noyabr / 09:02
Burada sizin reklamınız ola bilər

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.

“Qərb Xəbər”in məlumatına görə, yığma 1/4 finalda Bolqarıstana qalib gəlib.

Əvvəlki raundda Portuqaliyanı 3 cavabsız qolla üstələyən Elşad Quliyevin yetirmələri budəfəki rəqibi üzərində 3:1 hesablı qələbə qazanıblar. Komandamızın heyətində 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov, 36-cı dəqiqədə isə Mirmehdi Rzayev fərqləniblər.

Millimiz yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Bu görüş noyabrın 3-də baş tutacaq.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər