Dünya

İsrail Qəzzada 100-ə yaxın tuneli məhv edib

2 noyabr / 17:20 2 dəq
65439d1df140365439d1df1404169892994965439d1df140165439d1df1402
2 noyabr / 17:20
Burada sizin reklamınız ola bilər

İsrailin Qəzza zolağına qurudan hücuma başladığı vaxtdan bəri onun nəzarətinə keçən ərazilərdə mühəndis-istehkamçılar HAMAS-ın tunellərini məhv etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə “Walla” xəbər portalı məlumat yayıb.

Bildirlib ki, ordu mühəndisləri tunelləri dağıtmaq, HAMAS-ın quraşdırdığı tələləri zərərsizləşdirmək və ya tunellərdəki silahlıları öldürmək üçün müxtəlif növ robotlar və partlayıcı qurğulardan istifadə edirlər.

Cənub Komandanlığının yüksək rütbəli zabiti bildirib ki, tunnellər, onların çıxışları dağıdılır: “Bura ölüm zonasına çevriləcək. Onlar (HAMAS silahlıları – red.) qaça bilməyəcəkləri yerdə olmağı seçərək səhv etdilər, onlar tunellərdə öləcək”.

“Walla”nın xəbərinə görə, hava hücumlarında vurulan tunellər nəzərə alınmasa, ordu artıq 100-ə yaxın tuneli məhv edib.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər