Dünya

UNICEF: Qəzzada hər gün 400 uşaq ölür və ya yaralanır

2 noyabr / 15:16 1 dəq
6543825f521476543825f5214816989231036543825f521456543825f52146 (1)
2 noyabr / 15:16
Burada sizin reklamınız ola bilər

Qəzzanın bombardman edilməsi nəticəsində orada hər gün 400-dən çox uşaq həlak olur və ya yaralanır.

“Qərb Xəbər” CNN-ə istinadən xəbər verir ki, bu barədə BMT Uşaq Fondunun (UNICEF) bəyanatında bildirilib.

Təşkilat bir daha humanitar atəşkəs elan edilməsinə çağırış edib.

Bəyanata görə, son 25 gün ərzində davam edən bombardman nəticəsində artıq 3500 uşaq öldürülüb, 6800-dən çox uşaq yaralanıb.

“Uşaqların öldürülməsinə, əsir götürülməsinə son qoyulmalıdır. Uşaqlar hədəf deyil”, – bəyanatda bildirilib.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər