Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Erməni cəmiyyəti hələ də tarixi həqiqətləri qəbul etmir

1 noyabr / 10:06 3 dəq
Resize
1 noyabr / 10:06
Burada sizin reklamınız ola bilər

Ermənistanda orta məktəblərin tarix kitablarında Qarabağ Azərbaycan ərazisi kimi göstərilib.“Ermənistan tarixi”  kitabının 7-ci sinif dərsliyində Qarabağ Azərbaycan ərazisi kimi göstərlib. Erməni cəmiyyəti isə bunu birmənalı qarşılamayıb.

“Qərb Xəbər” bildirir ki, bu barədə Ermənistanın “Armenia Today” nəşri məlumat yayıb. Bu nəşrin apardığı sorğuda vətəndaşlar yeni məktəb dərsliklərinin məzmununu, xüsusən də 7-ci sinif dərsliyinə ( “Artsaxın”) Qarabağın Azərbaycana daxil edilməsini qiymətləndiriblər.7-ci sinif üçün Ermənistan tarixi üzrə yeni dərslik də geniş müzakirələrə səbəb olub. Dərslikdəki xəritələrdən birində Qarabağ Azərbaycanın bir hissəsi kimi təqdim olunur.

“Armenia Today”in müxbiri vətəndaşlardan buna, eləcə də ümumilikdə məktəb dərsliklərinə münasibətini soruşub. Respondentlərin əksəriyyəti tarix dərsliyindəki xəritəni mənfi qiymətləndirib. “Əgər dərsliyi çap edən və yazan “Artsaxın” Azərbaycan olduğuna inanırsa, bu o deməkdir ki, o, həm də azərbaycanlıdır”, – deyə respondentlərdən biri bildirib. Digər sorğu iştirakçısı da vurğuladı ki, dərslikdə belə bir xəritənin dərc olunmasını düzgün hesab etmir. “Gənc nəslin beynində bu torpaqların erməni olmadığı fikrini yerləşdirməyə çalışırlar ki, məktəbdən öyrənsinlər ki, bu torpaqlar ermənilərə deyil, Azərbaycana məxsusdur. Vətəni olan insan belə məzmunlu kitablar yaza bilməz”. Eyni zamanda, digər sorğu iştirakçısı qeyd edib ki, dərsliklər əvvəlcədən məktəblərə göndərilib və müəllimlər öz rəyini bildirməli olublar. O, müəllimlərin tarix dərsliyinin məzmununa vaxtında cavab verməməsindən təəccübləndiyini bildirib.

Göründüyü kimi Erməni cəmiyyətinin bəlasına çevrilmiş xəstəlik hələ də davam edir.Saxta tarix yaradıb, ona inanmaq bu toplumun xəstəliyinə çevrilib,tarixən ermənilərin faciəsinə yol açıb.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı