İqtisadiyyat

Turizmdə yeni göstəricilər

17 sentyabr / 15:15 1 dəq
Turist
17 sentyabr / 15:15
Burada sizin reklamınız ola bilər

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana 190 ölkədən 2 milyon 138,7 min və ya ötən ilin səkkiz ayı ilə müqayisədə 8,2 faiz çox əcnəbi gəlib.

Dövlət Statistika Komitəsi Sərhəd Xidmətinə istinadla gələnlərin 30,6 faizinin Rusiya, 22,1 faizinin Gürcüstan, 9,5 faizinin Türkiyə, 7,7 faizinin İran, 4 faizinin Səudiyyə Ərəbistanı vətəndaşı olduğunu bildirir.

Səkkiz ayda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin yanvar-avqust aylarına nəzərən 20,7 faiz artaraq 3 milyon 729,2 min nəfərə çatıb. Ölkə vətəndaşlarının 36,4 faizi İrana, 29 faizi Gürcüstana, 17,5 faizi Rusiyaya, 11,6 faizi Türkiyəyə, 5,5 faizi digər ölkələrə gedib.

Paylaş
Burada sizin reklamınız ola bilər