Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Qərb Xəbər TV

2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb

31 oktyabr / 11:51 3 dəq
6540afd9d9ba26540afd9d9ba316987381376540afd9d9ba06540afd9d9ba1
31 oktyabr / 11:51
Burada sizin reklamınız ola bilər

2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından APA-ya verilən xəbərə görə, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək. Bu zaman yaz gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir, həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayır.​

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 00:50:56-da daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə) və ən qısa gecə (gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə) olur.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə olacaq.

Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 22-si saat 16:43:36-ya təsadüf edəcək. Bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş düz şərqdə doğub, qərbdə batır.​ Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində yaz fəsli başlayır.

Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.

2023-cü ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i saat 13:20:30-da daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır.​ Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə)​ olur.

Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı