Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

İqtisadi artım faizi açıqlanıb

16 sentyabr / 13:00 2 dəq
Kend
16 sentyabr / 13:00
Burada sizin reklamınız ola bilər

Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb.

Rəsmi hesabata görə, 2019-cu ilin yanvar-avqust aylarında ölkədə 50,9 milyard manatlıq və ya əvvəlki ilin səkkiz ayı ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Qeyri neft-qaz sektorunda əlavə dəyərin 3 faiz, neft-qaz sektorunda 1,6 faiz artdığı vurğulanır, əhalinin hər nəfərinə düşən ÜDM 5145,1 manat göstərilir.

Qeyd olunur ki, 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 6,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 9,2 faiz, heyvandarlıq məhsullarının istehsalı 3,1 faiz artıb.

2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə yük daşınmasının 1,7 faiz, sərnişin daşınmasının 1,9 faiz yüksəldiyi, informasiya və rabitə xidmətlərinin həcminin dəyər ifadəsində 17,6 faiz artdığı bildirilir.

Hesabata əsasən, əhalinin gəlirləri nominal ifadədə 6,4 faiz artaraq 36,9 milyard manata çatıb, yanvar-avqust aylarında dövlət büdcəsinə 14 milyard 810,3 milyon manat vəsait daxil olub, büdcədən 14 milyard 712,1 milyon manat vəsait xərclənib.

Mərkəzi Bank avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfelini milli valyuta ekvivalentində 13 milyard 681,4 milyon manat göstərir, qeyd edir ki, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,9 faizinə bərabər olub.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləğinin avqust ayının 1-nə 8 milyard 580 milyon manat olduğu vurğulanır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı