Sosial

Sabah hava necə olacaq?

16 sentyabr / 12:57 1 dəq
19257c64 5dfc 43ec 83fc 74114e372e32 (1)
16 sentyabr / 12:57
Burada sizin reklamınız ola bilər

Azərbaycanda sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında sentyabrın 17-də hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 17-18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı