Dünya

Ukraynada müharibədə ölən uşaqların sayı 509-a çatıb

26 oktyabr / 12:11 1 dəq
Indir 2023 10 26T121106.792
26 oktyabr / 12:11
Burada sizin reklamınız ola bilər

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində ölən ukraynalı uşaqların sayı 509-a çatıb.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğunun “Telegram” hesabında məlumat verilib.

Bildirilib ki, ötən ilin fevralından başlayan Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində bu günədək Ukraynada 509 uşaq ölüb, 1139-dan çox uşaq yaralanıb.

Baş Prokurorluq bildirib ki, bu məlumatlar yekun deyil, aktiv hərbi əməliyyatların aparıldığı, Rusiya tərəfindən işğal edilmiş ərazilərdə məlumatların toplanması istiqamətində işlər davam etdirilir.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər