Hadisə

TƏBİB Gəncədə baş verən avtobus qəzasında xəsarət alanların vəziyyətini açıqlayıb

23 oktyabr / 16:42 2 dəq
Gence avtobus qeza 231023
23 oktyabr / 16:42
Burada sizin reklamınız ola bilər

Gəncə şəhərində 1 nömrəli xətt üzrə hərəkət edən şəhərdaxili avtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 8 nəfər xəsarət alıb.

“Qərb Xəbər” “Report”a istinadən xəbər verir ki, onlar xəstəxanaya yerləşdirilib. 6 nəfərə isə yerindəcə ambulator yardım göstərilib.

Xəsarət alanlar 1988-ci il təvəllüdlü G.Hüseynova, 1988-ci il təvəllüdlü G.Verdiyeva, 1972-ci il təvəllüdlü S.Həsənova, 2007-ci il təvəllüdlü G.Hüseynova, 2006-cı il təvəllüdlü G.Alıyeva, 1985-ci il təvəllüdlü E.Hüseynov və daha 2 nəfərdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Qəza zamanı xəsarət alanların xəstəxanaya aparılması təmin edilib.

“Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək”, – o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər