Dünya

Putin və Ərdoğan Fələstin-İsrail münaqişəsində humanitar ehtiyacları müzakirə edib

11 oktyabr / 09:35 1 dəq
6525991679859652599167985a169696283865259916798576525991679858
11 oktyabr / 09:35
Burada sizin reklamınız ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı iki lider İsrail və Fələstin arasında narahatlıq doğuran münaqişənin gedişatını və gərginliyin yayılmasının qarşısını almaq üçün tədbirləri müzakirə ediblər.

Bundan əlavə regionda humanitar ehtiyacların ödənilməsi üçün bəzi təşəbbüslərin həyata keçiriləcəyi dəyərləndirilib.

Prezident Ərdoğan mülki yaşayış məntəqələrinin hədəf alınmasının narahatlıq doğurduğunu və bu cür təşəbbüslərin Türkiyə tərəfindən birmənalı qarşılanmadığını bildirib.

Ərdoğan həmçinin Türkiyənin bölgədə əmin-amanlığın təmin edilməsi üçün əlindən gələni etməyə davam edəcəyini əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər