Dünya

İqtisadiyyat üzrə Nobel mükafatının qalibinin adı açıqlanıb

9 oktyabr / 16:10 1 dəq
6523cd25578bb6523cd25578bc16968450936523cd25578b76523cd25578ba
9 oktyabr / 16:10
Burada sizin reklamınız ola bilər

Bu gün 2023-cü il iqtisadiyyat üzrə Nobel mükafatının qalibinin adı açıqlanıb.

“Qərb Xəbər” Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat amerikalı Klaudiya Qoldinə (Claduia Goldin) verilib.

Qoldin qadınların əmək bazarında rolunun öyrənilməsinə görə, mükafata layiq görülüb.

Klaudiya Qoldin 1946-cı il 14 may tarixində Amerika Birləşmiş Ştatlarında anadan olub.

Qoldin daha çox qadınlar və iqtisadiyyat mövzusunda yazdığı əsərləri ilə tanınır.

Onun bu sahədə yazılarının əksəriyyəti qadınların ailə axtarışları və münasibətlərinin tarixi, ali təhsil məsələsi, karyera və evlilik, karyeranın evlilik qərarlarına təsiri, nikahdan sonra qadınların soyadlarının sosial göstərici kimi olması və digər bu kimi mövzularda olub.

Qoldin həmçinin ABŞ-nin cənub bölgəsinə dair iqtisadiyyat araşdırmaları ilə də tanınır.

Paylaş
Burada sizin reklamınız ola bilər