Siyasət

“Qarabağdakı Rusiya sülhməramlılarının taleyi sual altındadır” – Metyu Brayza

30 sentyabr / 10:48 4 dəq
Images (2)
30 sentyabr / 10:48
Burada sizin reklamınız ola bilər

“10 noyabr 2020-ci il tarixli atəşkəs bəyanatının artıq qüvvədə qalması ilə bağlı heç bir səbəb görmürəm”. 

“Qərb Xəbər” bildiri ki,Yenisabah.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza söyləyib.

Amerikalı rəsmi 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatlarından sonra 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsinin qüvvədə olub-olmaması məsələsinə şərh verib.

M.Brayza əlavə edib ki, həmin bəyanata yenidən nəzər salmaq vacibdir ki, bu zaman orada nələrin qeyd olunduğu və indiki perspektivdə niyə qüvvədə qalmamalı olduğunu başa düşək:

“Bu gün hərbi əməliyyatların dayandırılması ilə bağlı ilk məqam artıq etibarlı deyil. Bəyanatda həmçinin Ağdam, Laçın və Kəlbəcər rayonu ərazilərinin Ermənistan tərəfindən Azərbaycana qaytarılması tələb olunurdu. O cümlədən burada sülhməramlı kontingentin yerləşdirilməsinə çağırış edilir, məcburi köçkünlərin və qaçqınların Qarabağ ərazisinə qaytarılmasına və hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı müddəalar yer almışdı. Ən əsası isə bu kontekstdə regionda bütün nəqliyyat əlaqələrini bərpa edilməsi məsələsi sənəddə öz əksini tapmışdı. Çünki bu, Azərbaycanın Zəngəzur dəhlizinə maraq göstərməsi kontekstindən çox vacibdir”.

Onun fikrincə, bu sənəd, eyni zamanda Ermənistan üçün də çox vacibdir ki, İrəvan öz iqtisadiyyatını Azərbaycan və Türkiyənin iqtisadiyyatı ilə yenidən birləşdirə bilsin:

“Bununla da Ermənistanda və regionda iqtisadi artım stimullaşacaq və Ermənistan yeni iş yerləri yaradaraq, investisiya cəlb edə biləcək. Deməli, həmin bəyanatda Azərbaycan ərazilərinin Bakının nəzarətinə qaytarılması baxımından qüvvədə qalacaq məqamlar çoxluq təşkil edirdi”.

Sabiq səfir Rusiya sülhməramlılarının taleyi ilə bağlı da fikirlərini bölüşüb:

“Rusiya sülhməramlı qüvvələrinin taleyi 2020-ci ilin noyabr ayından etibarən atəşkəs bəyanatının bir elementidir və indi onların vəziyyəti sual altındadır. Çünki bəyanatda qeyd edildiyi kimi, Ermənistan hərbi qüvvələri Azərbaycanın ərazilərini tərk etdikdən sonra Rusiya sülhməramlıları ərazidə yerləşdirilməli idi”.

O, xatırladıb ki, Azərbaycanın son antiterror əməliyyatı nəticəsində həmin erməni qüvvələrinin hamısı dağıdılıb və bölgədə tərksilah prosesi başlayıb.

“Beləliklə, Rusiya sülhməramlılarının gələcəkdə hansı rol oynayacağı bəlli deyil. Doğrudur, əvvəllər məqsəd o idi ki, Ermənistan hərbi qüvvələri Qarabağdan çıxarkən rus sülhməramlıları Qarabağ əhalisinin təhlükəsizliyini təmin etsin və bölgədə təxribat halları baş verməsin. Amma indi vəziyyət xeyli fərqlidir və hazırkı məqamda Azərbaycan və Rusiyanın Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalıb-qalmaması ilə bağlı danışıqları necə aparacağını müəyyən etmək mümkün deyil. Məncə, bu, Bakı ilə Moskva arasında ciddi və potensial olaraq çətin danışıqlar kimi yadda qalacaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər