Dünya

Cənubi Qafqazda balansı Azərbaycan təyin edir

27 sentyabr / 11:17 2 dəq
2023 03 10 12 38 22WNHnGMd0T3VJGR1N3kxK file
27 sentyabr / 11:17
Burada sizin reklamınız ola bilər
Cənubi Qafqazın siyası, iqtisadi, hərbi, mədəni və ümumilikdə stratejik güc tarazlığını saxlayan yerli ölkə nə Gürcüstandır, nə də Ermənistan. Bu ölkə Azərbaycandır. Bunu anlamayan regional və qlobal gücün bu regionda uğur qazanma şansı yoxdur!!! Bu reallıq azacıq stratejidən, milli maraqdan və ağıllı yanaşmadan başı çıxan hər dövlətin görməsi gərəkən şeydir!!!
Baxın Qərb bir ara regiondakı güç balansını Gürcüstan üzərindən qururdu, bütün analizlərdə “Gürcüstan belə gəldi elə getdi” deyilirdi. Nəticə bugün Gürcüstan heç özünü balansda saxlaya bilmir. İndi Qərb keçib bu balansı Ermənistan üzərindən qurmağa, mənasız işdir, uduzacaqlar!!! İnanmırlar Rusiyaya baxsınlar.
Rusiya Cənubi Qafqaz balansını Ermənistan üzərindən qururdu. Həm də 200 ildir, nəticədə bugun Ermənistan Cənubi Qafqazı balansını qurmaq bir yana Rusiyadan xilas olmağa çalışır. Kremlin gördü vəziyyət gərgindi, gəldi Azərbaycanla rasyonel münasibətlər qurmağa başladı.Kremlin Qarabagdaki moveyindəki dəyişikliyi də bununla əlaqədardir. Ona görə Qarabağ Abxaziya olmadı və olmayacaq da!!!
İran da Cənubi Qafqaz balansını Ermənistan üzərindən qurur, nəticə Tehran da uduzan tərəflərdən biridir.Halbuki İranın ədalətli və stratejik yanaşa idi ən az Turkiyə qədər şansı vardı!
Türkiyə isə Cənubi Qafqaz balansını Azərbaycan üzərindən qurdu, hazırda bu proseslərin həm ikili, həm regional, həm də qlobal mənada ən çox qazanan gücüdür. Üstəlik bu proses daha da böyüyərək davam edəcək!
Hələ Cənubi Qafqaz balansını Azərbaycan+Türkiyə üzərindən quran ölkə Avrasya və qlobal mənada böyük qazanc saxlama şansına malikdir. Amerikalılar, Fransızlar və Almanlar hələ bunu anlamırlar, ancaq Rusiya ilə Britaniya anlayırlar və ikisi də aktiv fəaliyyətdədirlər!!! Arxadan da İsrail gəlir!!! Çin yavaş-yavaş anlayır, Hindistan isə gedir bataklığa!!!
Paylaş
Burada sizin reklamınız ola bilər