Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Premyer Liqa: “Kəpəz” “Səbail”i, “Zirə” “Neftçi”ni qəbul edəcək

1 aprel / 09:41 2 dəq
Indir 2023 04 01T094119.401
1 aprel / 09:41
Burada sizin reklamınız ola bilər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha iki oyunu keçiriləcək.

“Qərb Xəbər”in məlumatına görə, günün ilk matçı Gəncədə “Kəpəz”lə “Səbail” arasında baş tutacaq.

Hazırda Qərb təmsilçisi 22 xalla səkkizinci, Bakı klubu isə 18 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatında yeddi dəfə üz-üzə gəliblər. Bunların ikisində meydan sahibləri, dördündə qonaqlar qələbə qazanıblar. Bir görüş heç-heçə ilə başa çatıb. Topların nisbətində də “sarı-göylər” rəqibindən geri qalırlar – 9:11.

“Kəpəz” evdə ən azı iki qol vurub. Gəncə təmsilçisinin meydanındakı matçlarda üç və ya daha çox qol qeydə alınıb.

Günün digər matçında isə 56 xalla üçüncü sırada yer alan “Neftçi” 37 xalla dördüncü pillədə qərarlaşan “Zirə”nin qonağı olacaq. Komandalar arasında bunadək baş tutan 29 Premyer Liqa oyununda “qartallar”ın üstünlüyü nəzərə çarpır – 12 qələbə. “Ağ-qaralar” isə 10 qarşılaşmada rəqibini məğlub edib. Yeddi görüşdə bərabərlik qeydə alınıb. Qol sayında isə Laurentsiu Regekampfın baş məşqçisi olduğu komanda öndədir – 33:28.

“Neftçi” son üç oyunda qalib gəlib. “Zirə” son altı ev matçından yalnız birində qol vurmayıb.

Azərbaycan Premyer Liqası

XXVIII tur

1 aprel (şənbə)

15:30. “Kəpəz” – “Səbail”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Gəncə şəhər stadionu.

19:30. “Zirə” – “Neftçi”

Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Cəmil Quliyev, Emin Əliyev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Zirə” İdman Kompleksinin stadionu.

Qeyd edək ki, açılış oyununda “Sumqayıt” səfərdə “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib. Tura aprelin 2-də keçiriləcək “Şamaxı”-“Qarabağ” və “Sabah”-“Qəbələ” görüşləri ilə yekun vurulacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı