Bölgə xəbərləri

Premyer Liqa:“Turan Tovuz” “Sumqayıt”ın, qonağı olacaq

23 sentyabr / 10:34 2 dəq
Affa
23 sentyabr / 10:34
Burada sizin reklamınız ola bilər

Bu gün Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

“Qərb Xəbər”in məlumatına görə, ilk gündə iki oyun keçiriləcək.

Turun açılış matçında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Turan Tovuz” səfər görüşünə çıxacaq. Bölgə təmsilçisi “Sumqayıt”ın qonağı olacaq.

Günün ikinci qarşılaşması Zirə Olimpiya İdman Kompleksinin stadionunda gerçəkləşəcək. Lider “Zirə” çempionata qeyri-sabit başlayan “Neftçi”ni qəbul edəcək.

Qeyd edək ki, turun “Sabah” – “Kəpəz” və “Səbail” – “Araz-Naxçıvan” oyunu sentyabrın 24-də, “Qəbələ” – “Qarabağ” matçı isə 25-də keçiriləcək.

Premyer Liqa
VII tur
23 sentyabr

18:00. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Tural Qurbanov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Kapital Bank Arena”

20:30. “Zirə” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə Olimpiya İdman Kompleksinin stadionu

1 Zirə 6 5 0 1 6-2 15
2 Qarabağ 6 3 1 2 9-5 10
3 Turan Tovuz 6 3 1 2 11-8 10
4 Səbail 6 3 1 2 11-9 10
5 Araz-Naxçıvan 6 3 1 2 7-7 10
6 Neftçi 6 2 2 2 5-4 8
7 Sumqayıt 5 2 1 2 7-5 7
8 Sabah 5 1 1 3 6-7 4
9 Kəpəz 6 1 1 4 3-9 4
10 Qəbələ 6 1 1 4 4-13 4

Bombardirlər: Aleksandr Ramalinqom (“Səbail”) – 4, Orxan Əliyev (“Araz-Naxçıvan”), Martin Petkov, Belajdi Pusi (hər ikisi “Turan Tovuz”), Osama Xalayla (“Qəbələ”), Olavio Juninyo (“Qarabağ”) – 3 qol.

Paylaş
Burada sizin reklamınız ola bilər