Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Ukrayna Böyük Britaniya ilə 2.3 milyard dollarlıq müdafiə sazişi imzaladı

10 iyul / 22:48 2 dəq
Kiyev1
10 iyul / 22:48
Burada sizin reklamınız ola bilər

Ukraynanın maliyyə naziri Serhi Marçenko Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının İxracın Maliyyələşdirilməsi Agentliyi (UKEF) tərəfindən zəmanət verilən yeni kredit sazişi imzalayıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə məlumat Ukrayna Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Yeni sazişə əsasən, təxminən 1,7 milyard funt sterlinq (təxminən 2,3 milyard dollar) məbləğində kredit Ukrayna Müdafiə Nazirliyinin həyata keçirdiyi “Hava hücumundan müdafiə imkanlarının inkişafı” layihəsinin maliyyələşdirilməsinə yönəldiləcək.

Nazirlik bildirib ki, bu vəsait Britaniyada istehsal olunan müdafiə materialları və digər hərbi təyinatlı məhsul və xidmətlərin alınmasına sərf ediləcək. Müqavilənin şərtlərinə görə, ödəniş müddəti 19 il, güzəşt müddəti isə 6,5 ildir.

Müqavilənin imzalanması Ukraynanın bərpasına dair Romada keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutub. Nazirlik əlavə edib ki, bu saziş iki ölkə arasında daha əvvəl imzalanmış çərçivə razılaşmasının bir hissəsidir və ümumi kredit məbləği 2 milyard funt sterlinqə qədər (təxminən 2,7 milyard dollar) arta bilər.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini artırmaq məqsədilə “Thales” hərbi-sənaye konserni tərəfindən istehsal olunmuş 5 mindən çox raketin Kiyevə göndəriləcəyini təsdiqləmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı