Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Türkiyə üçün yığılan 11 milyard manat hara xərclənəcək?

16 fevral / 14:20 2 dəq
1676532109 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg
16 fevral / 14:20
Burada sizin reklamınız ola bilər
“Türkiyə tək ürək” adlı layihədə 11 milyard manata yaxın vəsait yığılıb. Həmin vəsait ancaq zəlzələdən əziyyət çəkənlərin gündəlik həyatının müəyyən dərəcədə yüngülləşdirilməsinə xərclənəcək”. 
Qərb Xəbər bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, yığılan bütün pullar əsasən humanitar məqsədlər üçün xərclənəcək:
“Maliyyə təmir-bərpa işlərinə deyil, zəlzələdən əziyyət çəkənlərin həyat şəraitinin yaxşılaşdırılması, onlara maddi yardım göstərilməsi və gündəlik həyatlarının qaydasına salınması istiqamətlərinə sərf olunacaq. Söhbət vətəndaşların gündəlik ehtiyaclarının ödənilməsindən gedir”.
Natiq Cəfərli deyib ki, bu vəsait evlərin bərpası üçün nəzərdə tutulmayıb:
“Həm də tək yaralanan və həyatını itirənlər deyil, orada 3 milyona yaxın insanın evinə zərər dəyib. Həmin insanlar öz evlərində yaşaya bilmir. Onların kirayə məsələsi, hardasa yerləşdirilməsi var. Yığılan vəsait əsasən bu istiqamətdə xərclənəcək”.
Ekspertin fikirincə, zəlzələ bölgəsində infrastrukturun bərpasına, evlərin tikintisi üçün əlavə böyük vəsaitə ehtiyac var:
“Müxtəlif hesablamalar var. Söhbət 85-100 milyad dollar arası vəsaitdən gedir. Bu vəsait dövlətin ayıracağı maliyyə, yaxud da beynəlxalq donor təşkilatlarının ayıracağı pul olacaq”.
Qeyd edək ki, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə tək ürək” adlı ortaq yayım ediblər. Yayım  zamanı fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən əziyyət çəkənlər üçün ianə toplanıb. Canlı yayımda 115 milyard 146  milyon 528 min lirə (11 milyard manat) toplanıb. Mesajlardan isə ümumilikdə 9 milyon 10 min lirə yığılıb.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı