Qərb Xəbər TV

Ötən gün qəza zamanı həlak olan hərbçilərə şəhid statusu veriləcək

14 sentyabr / 11:01 1 dəq
1435128583 esger əsgər
14 sentyabr / 11:01
Burada sizin reklamınız ola bilər

Ötən gün qəza zamanı həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhid statusu veriləcək.

Bu barədə “Qərb Xəbər”ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

O bildirib ki, qəza nəticəsində həyatlarını itirən Azərbaycan Ordusunun hər 3 hərbi qulluqçusuna hərbi hissə tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim ediləcək bildiriş əsasında şəhidlik statusu veriləcək.

Qeyd edək ki, ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Paylaş
Burada sizin reklamınız ola bilər