Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

Kəmaləddin Heydərov TDT-nin baş katibi ilə əlaqələrin dərinləşməsini müzakirə edib

8 sentyabr / 15:38 3 dəq
2022 05 17 22 29 33rHHEG1cSbwDjgEFDrzKn file
8 sentyabr / 15:38
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev ilə görüşüb.

“Qərb Xəbər” məlumat verir ki, Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonağı səmimiyyətlə salamlayan nazir K.Heydərov Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyevin ölkəmizə səfərinin və bu səfər çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin təşkilat çərçivəsində fövqəladə hallarla mübarizə üzrə əlaqələrin dərinləşməsinə təkan verəcəyinə əminliyini bildirib.

Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması mexanizmlərinin daim təkmilləşdirilməsinin diqqət mərkəzində saxlanıldığını qeyd edən nazir bu kontekstdə TDT çərçivəsində əməkdaşlığın genişləndirilməsinin aktual əhəmiyyət kəsb etdiyini deyib. Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılmasının təşkilata üzv və müşahidəçi ölkələrdə fövqəladə hallarla mübarizənin daha etibarlı səviyyədə təşkil olunmasına şərait yaradacağı vurğulanıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib, təşkilata üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının əhəmiyyətini vurğulayıb. Qonaq təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının qüvvələrinin iştirakı ilə uğurla keçirilmiş beynəlxalq təlimin türk ölkələri arasında fövqəladə hallarla mübarizədə birgə fəaliyyət mexanizminin həyata keçirilməsi, real imkanların müəyyən edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsinə əhəmiyyətli töhvə verəcəyinə əmin olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı