Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini tənqid edib

23 avqust / 14:07 3 dəq
Paşin
23 avqust / 14:07
Burada sizin reklamınız ola bilər

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümündə bu sənədi tənqid edib.

“Qərb Xəbər” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan Bəyannamənin qəbul edilməsinin ildönümü ilə bağlı mesajında bildirib ki, bugünkü erməni dövlətçiliyinin əsasını qoyan sənəd ölkə tarixində dönüş nöqtəsi olub və Qarabağ hərəkatının zirvəsində, SSRİ-də iqtisadi, siyasi və ideoloji böhran şəraitində qəbul edilib.

Ermənistan hökumət başçısı bildirib ki, o, Bəyannamənin mətnini 2020-ci il müharibəsindən əvvəl və xüsusən də ondan sonra dəfələrlə təkrar oxuyub.

“Bu Bəyannamənin mətninin tənqidi təhlili göstərir ki, biz sonda bizi SSRİ-nin bir hissəsinə çevirən düstur əsasında diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və bizi qonşularımızla hər zaman münaqişə vəziyyətində saxlayan qarşıdurma diskursundan gedir”, – Paşinyan bildirib.

Baş nazir Nikol Paşinyanın sözlərinə görə, bu Bəyannamə ilə Ermənistan SSRİ-dən çıxmaq kursunu elan etsə də, eyni zamanda ondan çıxmaq üçün bütün yolları da bağlayıb.

Paşinyan hesab edir ki, “XX əsrin sonunda qəbul edilən bəyannamə ilə Ermənistan 20-ci əsrin əvvəllərində onun ölkəsinin müstəqilliyini itirməyə aparan düsturu bir daha qəbul edib.
Nikol Paşinyan deyib ki, bu sənədin dərin təhlilə ehtiyacı var, çünki bu, qəbul olunduqdan sonra bütün sonrakı nəticələri olan siyasi sənəddir.

“İndi isə Müstəqillik Bəyannaməsinin 33-cü ildönümündə vurğulamaq istəyirəm ki, bizim sülh gündəliyimiz müstəqillik gündəliyidir. Biz sülhə nail olsaq, müstəqillik də olar. Nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu bizim səmamızda, regionumuzun səmasında uçacaq”, – Paşinyan vurğulayıb.

Baş nazir deyib ki, o, müstəqilliyi, suverenliyi, demokratiyanı seçir.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı