Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Zəngəzur dəhlizinin reallaşması – türk coğrafiyasının coğrafi parçalanmasına son qoyulmasına doğru böyük məsafə gedib-Asif Nərimanlının yazısı

7 oktyabr / 20:29 3 dəq
Asif
7 oktyabr / 20:29
Burada sizin reklamınız ola bilər
Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən zirvə toplantısında əsas gündəm mövzularından biri Vaşinqton anlaşması – Zəngəzur dəhlizi olacaq. Bunu şərtləndirən iki amil var:
Birincisi, Bakı və İrəvanın sülh sazişini paraflaması ilə Cənubi Qafqazda yeni mərhələyə start verilir və Əliyev müttəfiqləri ilə bu dövrün reallıqlarını müzakirə etməli, TDT çərçivəsində “saatlar yoxlanılmalıdır”;
İkincisi, Zəngəzur dəhlizinin açılması perspektivi – bu, ABŞ-ın nəzarət edəcəyi TRİPP çərçivəsində olsa belə – türk dünyasının coğrafi parçalanmasını aradan qaldıracaq: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə məhz Naxçıvanda təsis edilməsindəki hədəflərdən biri bu idi, Əliyev isə 10 il sonra – Türk Şurasının (TDT-nin əvvəlki adı) 2019-cu ildə keçirilən Bakı zirvəsində “Zəngəzur bölgəsinin Azərbaycandan alınaraq, Ermənistana verilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı” sözləri ilə bu hədəfi açıq şəkildə elan etdi; 2020-ci il müharibəsi və postmünaqişə dövrünün diplomatik mübarizəsinin sonunda Zəngəzur dəhlizinin reallaşması – türk coğrafiyasının coğrafi parçalanmasına son qoyulması hədəfinə doğru böyük məsafə qət edilib, bu baxımdan, Qəbələ zirvəsinin gündəmi 100 il sonra tarixin axarının dəyişməsi/dəyişə biləcəyi fonunda xüsusilə aktualdır;
Coğrafi parçalanmanın aradan qalxması perspektivində imkanlardan doğru yararlanmaq üçün TDT hadisələrin gedişinə uyğun davranmaqdan daha çox, proseslərin inkişafına yön verməlidir:
– Zəngəzur dəhlizinin açılması ilə türk dünyasında əldə olunacaq coğrafi bütövlükdə səflər sıxlaşdırılmalı, inteqrasiya dərinləşməlidir;
– Coğrafi bütövlükdən Orta dəhlizin aktuallığının artırılmasında istifadə edilməli və bu marşrut xətti üzərində siyasi, iqtisadi, hətta hərbi balansın tərs yöndə dəyişməsinə imkan verilməməlidir;
Liderlərin Qəbələ zirvəsinin pərdəarxası müzakirəsində bu istiqamətlər strateji əhəmiyyətə malikdir.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı