Siyasət

Xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar

16 avqust / 11:12 1 dəq
79713270 c5fa 3b53 a828 3669621440ba
16 avqust / 11:12
Burada sizin reklamınız ola bilər

Azərbaycanda səfərdə olan xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar.

Bu barədə “Qərb Xəbər”“Report”un Laçına ezam olunmuş əməkdaşına istinadən xəbər verir.

Xarici KİV nümayəndələrinə sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti barədə geniş məlumat verilib.

Qeyd edilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin sərbəst keçidinə şərait yaradılır.

Bütün bunlar Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu sübut edir.

Qonaqlar həmçinin, Laçın şəhərində olublar. Onlara şəhərdə aparılan yenidənqurma və abadlıq işlərinin gedişatı ilə bağlı da ətraflı məlumat verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər