Dünya

Türkiyədə sel və qasırğada 2 nəfər ölüb, 10 nəfər yaralanıb

26 noyabr / 22:07 1 dəq
F22e49bb ac93 35d3 9b11 d67ab557b74f
26 noyabr / 22:07
Burada sizin reklamınız ola bilər

Türkiyədə sel və qasırğada iki nəfər ölüb, on nəfər yaralanıb.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

Qeyd olunub ki, Sinop və Konya şəhərlərində hər birində bir nəfər həlak olub. On yaralı isə paytaxt Ankara, Konya və Giresun şəhərlərindəndirlər. Eyni zamanda, diqqətə çatdırılıb ki, Ankarada baş vermiş hadisədə xəsarət almış şəxslər hərbçilərdir. Belə ki, kazarmada hərbi qulluqçuların üzərində şüşə düşüb.

AFAD bildirib ki, ölkənin 16 şəhərində 198 vətəndaş xilas edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər