Dünya

Belarus müdafiə naziri: “Rusiya və Belarusun NATO ilə hərbi toqquşma ehtimalı artır”

15 avqust / 16:08 1 dəq
D8a9ce28 0b9d 3ae5 9081 43f7cd74f9b7
15 avqust / 16:08
Burada sizin reklamınız ola bilər

“Gələcəkdə Rusiya və Belarusun NATO ilə birbaşa hərbi toqquşma ehtimalı var. Bu ehtimal getdikcə artır”.

“Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında deyib.

Onun sözlərinə görə, Qərb ölkələrində hərbi hazırlıq intensiv olaraq davam edir: “Qərbin genişmiqyaslı müharibəyə başlamasına mane olan yeganə məqam nüvə silahının tətbiqi təhlükəsidir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər