Eks prezident Mixeil Saakaşviliyə koronavirus diaqnozu qoyulub.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə mətbuata prezidentin vəkili Şalva Xaçapuridze məlumat verib.
Vəkilin sözlərinə görə, bu gün o, Saakaşviliyə baş çəkəcək və onun vəziyyəti ilə maraqlanacaq.
Qeyd edək ki, bu gün Mixeil Saakaşvilinin anası Giuli Alasania jurnalistlərə açıqlamasında onun səhhətinin yaxşı olmadığını, iştahasız olduğunu və ayağa qalxa bilmədiyini deyib.
Məlumat üçün bildirək ki, Saakaşvili artıq bir ilə yaxındır ki, Tbilisidə “Vivamed” klinikasında müalicə və müayyinə olunur.