Dünya

Ukranyada müharibə nəticəsində 500 uşaq ölüb

13 avqust / 15:19 1 dəq
Ukrayna usaq
13 avqust / 15:19
Burada sizin reklamınız ola bilər

Rusiyanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində Ukraynada 500 uşaq həlak olub.

“Qərb xəbər” bildirir ki, bu barədə Ukrayna Baş prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, müharibə nəticəsində Ukraynada 1597-dən çox uşaq zərər çəkib, 500 uşaq həlak olub, 1097-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu, yekun rəqəmlər deyil. Zərər çəkən uşaqların müəyyən edilməsi üçün döyüş yerlərində, müvəqqəti tutulmuş və azad edilmiş ərazilərdə işlər davam etdirilir.

Uşaqların ən çox Donetsk (485), Xarkov (298), Kiyev (129), Xerson (118), Nikolayev (97), Zaporojye (99), Çerniqov (71) və Luqansk (67) vilayətlərində zərər çəkdiyi bildirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər