Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Məcburi köçkünlər üçün yeni qəsəbələr salınacaq

26 mart / 15:29 2 dəq
2ae7a24f08249f8fddfd63ac12ae4b7a
26 mart / 15:29
Burada sizin reklamınız ola bilər

Azərbaycanda məcburi köçkünlər üçün yeni qəsəbələr salınacaq. Yeni mənzillərlə ilk növbədə qəzalı binalarda, yarımçıq tikililərdə, çətin şəraitdə yaşayan ailələr təmin ediləcək. 3700 məcburi köçkün ailəsinin həyat şəraitinin yaxşılaşdırılmasına hesablanan layihə Gəncə, Goranboy və Şəmkiri də əhatə edəcək.

Belə ki, Gəncədə məcburi köçkünlər üçün salınan 1500 ailəlik qəsəbənin yaxınlığında 1500 ailənin yaşayacağı daha bir qəsəbə inşa ediləcək. Goranboyda da mövcud qəsəbənin yaxınlığında 600 ailəlik yeni yaşayış massivi salınacaq. Şəmkir ərazisində məskunlaşan məcburi köçkün ailələri üçün yeni qəsəbənin salınması ilə bu kateqoriyadan olan insanların mənzil-məişət problemlərinin həllinə nail olunacaq. Layihəyə uyğun olaraq yeni salınacaq qəsəbələrdə lazımi infrastruktur yaradılacaq, inzibati binalar, məktəblər, uşaq bağçaları, mədəniyyət evləri, səhiyyə ocaqları, ictimai iaişə və istirahət zonaları salınacaq. Həmçinin məcburi köçkünlərin işlə təmin olunması da həyata keçiriləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynov bildirib ki, yeni iş yerlərinin yaradılması üçün isə kiçik sexlərin yaradılması nəzərdə tutulur: “Hazırda Kiçik və Orta Sahibkarlığa yardım fondunun xətti ilə layihələrin icrası ilə bağlı məcburi köçkünlərə üstünlük verilir. Ondan əlavə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə keçirilən layihələrdə də köçkünlərə daha çox üstünlük verilir. O cümlədən komitə tərəfindən də bir neçə layihələr nəzərdə tutulub ki, bunlar da il ərzində onlarda həyata keçiriləcəkdir”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı