Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirib.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə Avropa Komissiyasının bu gün Brüsseldə yaydığı bəyanatda deyilir.
Buna səbəb kimi Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən bu ölkənin yan keçə bilməsi üçün Belarusun yardım etməsi göstərilib.
Sanksiyalara əsasən, Belarusa odlu silah və döyüş sursatlarının ixracına qadağa qoyulub.
Yeni qaydalar Rusiya və Belarusa qarşı sanksiyaları daha gücləndirəcək və Rusiyanın Belarus vasitəsilə sanksiyalardan yan keçməsinin qarşısını alacaq.




