Son Xəbərlər
Türkiyə XİN: Cənubi Qafqazda yaranan sülh düşmənçilik yaratmaq istəyənlərə ən layiqli cavabdır TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını pislədi “Brent”markalı neftin qiyməti 105 dolları keçdi Qızılın qiyməti ucuzlaşıb Rusiya Hörmüzdən keçəndə rüsum ödəməyəcək Tovuzda ailəsi tərəfindən baxımsız qalan üç azyaşlı uşaq evinə yerləşdirildi ABŞ və Azərbaycan TRIPP layihəsi üzrə texniki danışıqlara başlayıb Yeni müharibə anonsu verildi: Xamneyi sülaləsinin tam məhvi üçün hazırlıq görülür İran Parlamentinin sədri istefa verdi Artıq Cəki və İdman Təhlükəsi: nəyi etmək olar, nəyi olmaz…-Tanınmış nutrisoloq, peşəkar idmançı Elnur Nemətov yazır.. Türkiyə XİN: Cənubi Qafqazda yaranan sülh düşmənçilik yaratmaq istəyənlərə ən layiqli cavabdır TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını pislədi “Brent”markalı neftin qiyməti 105 dolları keçdi Qızılın qiyməti ucuzlaşıb Rusiya Hörmüzdən keçəndə rüsum ödəməyəcək Tovuzda ailəsi tərəfindən baxımsız qalan üç azyaşlı uşaq evinə yerləşdirildi ABŞ və Azərbaycan TRIPP layihəsi üzrə texniki danışıqlara başlayıb Yeni müharibə anonsu verildi: Xamneyi sülaləsinin tam məhvi üçün hazırlıq görülür İran Parlamentinin sədri istefa verdi Artıq Cəki və İdman Təhlükəsi: nəyi etmək olar, nəyi olmaz…-Tanınmış nutrisoloq, peşəkar idmançı Elnur Nemətov yazır..
Dünya

KİV: Ermənistanın Arazdəyəndə tikdiyi metallurgiya zavodu tezliklə başqa yerə köçürülə bilər

3 avqust / 16:44 4 dəq
64cb9b63b8c2764cb9b63b8c28169106518764cb9b63b8c2564cb9b63b8c26
3 avqust / 16:44
Burada sizin reklamınız ola bilər

Ermənistanın Arazdəyəndə tikintisini apardığı metallurgiya zavodu tezliklə başqa, daha təhlükəsiz yerə köçürülə bilər.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a məlumatlı mənbələr bildiriblər.

Ən çox ehtimal olunan variant kimi Ararat şəhəri ilə bitişik ərazi hesab olunur.

Zavod rəhbərliyi medianın sorğusuna cavab olaraq məlumatı təkzib və ya təsdiq etməkdən imtina edib. Zavodun köçürüləcəyi ilə bağlı məlumat bundan öncə, müəssisənin sahibi olan GTB holdinqinin direktoru tərəfindən təkzib edilmişdi.

Qeyd edək ki, Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyən kəndində 16500 kvadratmetr sahədə illik istehsal gücü 180000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyidir. Həmin ərazidə belə bir yeni zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilər. Tikiləcək zavodun fəaliyyəti nəticəsində havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi təsir göstərəcək. Həmçinin metallurgiya zavodu fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq.

Azərbaycan Hökuməti Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə – Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edib. Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin adından Ermənistanın ətraf mühit nazirinə ünvanlanan məktubda bildirilib ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddən bir neçə yüz metr aralıda yerləşən Yerasx qəsəbəsi (Arazdəyən) yaxınlığında həyata keçirilən və transsərhəd təsiri ola biləcək fəaliyyətlə bağlı “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”da (Espo Konvensiyası) nəzərdə tutulmuş müvafiq prosedura başlanılıb. Xüsusi vurğulanıb ki, Espo Konvensiyasının 1-ci Əlavəsinə əsasən, metallurgiya zavodları açıq şəkildə əhəmiyyətli mənfi transsərhəd təsirə səbəb ola biləcək fəaliyyət kimi tanınır. Espo Konvensiyasının 3.1-ci maddəsinə uyğun olaraq, Ermənistan qeyd olunan fəaliyyətin ətraf mühitə təsiri ilə bağlı Azərbaycanı xəbərdar etməyə borcludur. Lakin, təsirə məruz qalan Tərəf olaraq Azərbaycan Ermənistandan bu layihə ilə bağlı heç bir bildiriş almamışdır. Vurğulanıb ki, qeyd olunanları nəzərə alaraq, Espo Konvensiyasının 3.7-ci maddəsinə uyğun olaraq, Azərbaycan təsirə məruz qalan Tərəf kimi ilkin mərhələdə Ermənistandan layihənin mənfi transsərhəd təsiri ilə bağlı müzakirələrin aparılması məqsədilə məlumat mübadiləsinin aparılmasını tələb edir.

Eyni zamanda, Azərbaycan Hökuməti layihənin transsərhəd təsiri ilə bağlı suallar tam aydınlaşdırılana və adekvat şəkildə baxılana qədər Ermənistan tərəfindən zavodun tikintisinin dərhal dayandırılmasını tələb edib. Məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibinə də müvafiq bildiriş ünvanlanıb.

Bundan başqa, Ermənistan tərəfindən Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən bəyanatlar imzalanıb, ona qoşulan beynəlxalq QHT-lərin sayı durmadan artır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı