Bölgə xəbərləri

Şəmkirdə Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

21 iyul / 15:51 1 dəq
E9d7396e 02e3 3b9e b2a3 1c987e02222e
21 iyul / 15:51
Burada sizin reklamınız ola bilər

Şəmkir Rayon İcra Hakimiyyətində 22 iyul – Milli Mətbuat Günü münasibətilə bölgədə fəaliyyət göstərən jurnalistlərlə görüş keçirilib.

“Qərb Xəbər”in məlumatına görə, görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayon rəsmiləri və bölgədə fəaliyyət göstərən media nümayəndələri iştirak edib.

R.Tağıyev bölgədə işləyən jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan mətbuatının yaranması tarixindən, media ilə dövlət qurumlarının əməkdaşlığından danışılıb.

Sonda jurnalistlərə Fəxri fərmanlar təqdim olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər