Hadisə

Mövqelərimiz atəşə tutulub

18 iyul / 08:51 1 dəq
Mn
18 iyul / 08:51
Burada sizin reklamınız ola bilər

İyulun 17-si saat 21:25-dən iyulun 18-i saat 00:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Dəvəli rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə “Qərb Xəbər”ə Müdafiə nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər