Dünya

Bakıda Türkiyə və İran XİN başçıları arasında görüş keçiriləcək

5 iyul / 12:27 1 dəq
730f0861 4e74 3177 8bd1 77746fcdb822
5 iyul / 12:27
Burada sizin reklamınız ola bilər

Bakıda Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş keçiriləcək.

“Qərb Xəbər” xəbər verir ki, görüşdə nazirlər iki ölkə arasındakı münasibətləri və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

Bundan əlavə, Türkiyə XİN başçısının digər ölkələrdən olan həmkarları ilə də görüşləri baş tutacaq.

Qeyd edək ki, Hakan Fidan və Hüseyn Əmir Abdullahian Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəliblər.

Paylaş
Burada sizin reklamınız ola bilər