Elm və Texnologiya

Azərbaycanda 400-dən çox məktəbdə direktor vəzifəsi boşdur

5 iyul / 11:54 1 dəq
Ab74da4e 6f85 334b 8e11 00e3649eda67
5 iyul / 11:54
Burada sizin reklamınız ola bilər

“Hazırda Azərbaycanda 400-dən çox məktəbdə direktor vəzifəsi boşdur”.

“Qərb Xəbər” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O bildirib ki, vakant yerlərin yaranması əsasən həmin məktəblərdə direktorların yaş həddinə çatması ilə bağlıdır: “Daha bir səbəb isə nazirlik tərəfindən mütəmadi şəkildə keçirilən monitorinqlər zamanı yol verdikləri nöqsanlara görə bəzi direktorların əmək müqavilələrinə xitam verilməsidir”.

Şöbə müdiri xatırladıb ki, 2021-ci ildə pandemiya səbəbindən məktəblərdə vakant direktor yerlərinin sayı çoxalmışdı: “Bu say təxminən 900-ə yaxınlaşırdı. Son illər keçirilən müsabiqələr zamanı bu yerlərin sayı kəskin aşağı düşmüşdü”.

Paylaş
Burada sizin reklamınız ola bilər