Hakan Fidan İsveçin NATO-ya üzvlük perspektivinə toxunub
İyulun 6-ı Brüsseldə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Üçtərəfli Mexanizmin Daimi Komitə iclasının növbəti görüşü keçiriləcək.
“Qərb Xəbər”in xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan İordaniya xarici işlər naziri Ayman Safadi ilə Ankarada birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Ankara bu prosesin zaman təzyiqi deyil, prinsiplər əsasında davam edilməsinin tərəfdarıdır.
O həmçinin, Türkiyənin Qurban bayramının ilk günündə Qurani-Kərimin yandırılmasını sərt şəkildə qınadığını deyib.
Hakan Fidan qeyd edib ki, “İsveçin NATO-ya üzvlüyünün müzakirə olunduğu bir zamanda bu ölkənin təhlükəsizlik strukturlarının təxribatın qarşısını almaması bizi təhlükəsizlik baxımından düşündürür. Bu məsələlərdən sonra İsveçin NATO-ya güc qatacağı və ya yük olacağı sualı yaranır. Terrorla mübarizə məsələsində İsveç bir sıra qərar qəbul edib və biz bunun həyata keçirilməsini görə bilərik”, – deyə o vurğulayıb.



