Dünya

Lavrov: Qərb Ukraynanı gücləndirmək üçün vaxt qazanmağa çalışır

30 iyun / 14:20 1 dəq
Lavrov
30 iyun / 14:20
Burada sizin reklamınız ola bilər

Qərb münaqişəni dondurmağa və Ukraynaya silahla təmin etmək, hərbi cəhətdən gücləndirmək üçün vaxt qazanmağa çalışır.

“Qərb Xəbər” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli və xarici media üçün keçirdiyi onlayn brifinqdə bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Qərbdə Ukraynadakı vəziyyətin danışıqlarla yekunlaşacağına dair fikirləri şizofreniya adlandırıb. “Qərb Ukraynadakı münaqişənin danışıqlarla yekunlaşacağını bildirir. Lakin bununla belə “Rusiya məğlub olmalıdır” fikrini səsləndirir. Bu fikirlər şizofreniyadır”, Lavrov ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynadakı münaqişənin danışıqlarla, diplomatik yolla bitəcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Rusiya XİN başçısı ölkəsinin Ukrayna ilə bağlı Qərblə diplomatik təmasların müharibəyə qədərki həcminə ehtiyac görmədiyini də söyləyib.

Paylaş
Burada sizin reklamınız ola bilər