Xəbər

Dərman vasitələrinin dövlət reyestrinin aparılması ilə bağlı layihə I oxunuşda qəbul edilib

23 iyun / 15:04 1 dəq
Indir 2023 06 23T150433.609
23 iyun / 15:04
Burada sizin reklamınız ola bilər

Azərbaycanda dərman vasitələrinin dövlət reyestrinin aparılması ilə bağlı layihə I oxunuşda qəbul edilib.

“Qərb Xəbər”in xəbərinə görə, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, təklif olunan dəyişikliklə dərman vasitələrinin dövlət reyestri (bundan sonra – dövlət reyestri) həyata keçiriləcək.

Qeyd edək ki, dövlət reyestri – bu qanuna uyğun olaraq Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemidir.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər