Bölgə xəbərləri

Qeyri-sabit hava şəraiti iyunun 24-dək davam edəcək

20 iyun / 09:25 1 dəq
6491372ebdc346491372ebdc3616872384460d37c89cc33a9a649fa248d04582f6e7
20 iyun / 09:25
Burada sizin reklamınız ola bilər

Bu günün hava şəraiti haqqında məlumat açıqlanıb.

Bu barədə “Qərb Xəbər”ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bakıda və Abşeron yarımadasında iyunun 20-si gündüzdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyunun 24-dək davam edəcək. Bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər