Bölgə xəbərləri

Ermənistan prezidenti: “Azərbaycana hücum etmək istəyimiz yoxdur”

19 iyun / 17:00 1 dəq
1687170466 1 kcur
19 iyun / 17:00
Burada sizin reklamınız ola bilər

“Çətin dövrlərdən keçirik, amma bu, o demək deyil ki, biz üzülməliyik, şikayət etməliyik. Yox, sadəcə, nəticə çıxarmalıyıq. Müdafiə qabiliyyətimizi artırmaq, təhlükəsizliyimizi gücləndirmək üçün işlər görməliyik”.

Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

“Gərginliklə bağlı vəziyyəti sabitləşdirə bildik. Baxmayaraq ki, Azərbaycanla sərhəddə yenə də gərginlik var. Ermənistanın Azərbaycana hücum etmək istəyi yoxdur. Strategiyamıza qonşularımızla mehriban qonşuluq münasibətləri vəzifəsi daxildir. Həm də qarşımıza müdafiə olunmaq vəzifəsi qoyulub.

Bu istiqamətdə ciddi iş aparılmalıdır. Bütün müdafiə sistemi, strategiya dəyişilməli, orduda ciddi islahatlar aparılmalıdır”, deyə o, qeyd edib.

Bizim.Media

Paylaş
Burada sizin reklamınız ola bilər