Bölgə xəbərləri

MN: “Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir”

6 iyun / 15:17 2 dəq
E4924805 0a7c 31b0 b52a 53260914d297
6 iyun / 15:17
Burada sizin reklamınız ola bilər

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən tapşırıqların icrası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Cari ilin iyun ayı ərzində azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 200 hektaradək ərazi minalardan tam təmizlənib.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30 890 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Bundan başqa, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə cari il ərzində 9 km-dək yeni təminat yolları çəkilib, 38 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.

Minaların təmizlənməsi işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Paylaş
Burada sizin reklamınız ola bilər