Dünya

Türkiyədə silahlı insident: 7-si polis olmaqla 11 nəfər yaralanıb

5 iyun / 09:17 1 dəq
647d346e2ba4a647d346e2ba4b1685927022647d346e2ba48647d346e2ba49
5 iyun / 09:17
Burada sizin reklamınız ola bilər

Türkiyədə iş yerində iki qrup arasında silahlı insident baş verib.

“Qərb Xəbər” NTV-ə istinadən xəbər verir ki, hadisə Konya vilayətinin Ereğli rayonunda baş verib.

Hadisə zamanı 7-si polis olmaqla 11 nəfər yaralanıb.

Naməlum səbəbdən başlayan mübahisə qısa zamanda atışmaya çevrilib.

Hadisə zamanı 4 nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

İnsidentə müdaxilə edən 7 polis yaralanıb.

Hadisədə iştirak edən 6 nəfər saxlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər