Bölgə xəbərləri

Tovuzda itkin düşən yeniyetmə axtarılır – Foto

21 may / 23:20 1 dəq
1572033678.itkin
21 may / 23:20
Burada sizin reklamınız ola bilər

Tovuzda 13 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayon Aşağı Quşçu kənd sakini 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Həmin şəxsin əlamətləri belədir: boyu 155 sm, gözlərinin rəngi qara, qara və qısa saçlara malikdir, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

de6c5c68-4827-31a4-b325-dac78d8aebc9

Paylaş
Burada sizin reklamınız ola bilər