Dünya

ABŞ Prezidenti: “Azərbaycanla birlikdə terrorizmlə mübarizə aparırıq”

20 may / 09:05 1 dəq
6467dfea62b736467dfea62b74168452912908605a1de778190935669251646ef784
20 may / 09:05
Burada sizin reklamınız ola bilər

“Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq”.

“Qərb Xəbər” xəbər verir ki, bu fikirlər ABŞ Prezidneti Co Baydenin 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubunda yer alıb.

 

ABŞ lideri qeyd edib ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcək.

Co Bayden qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığı daha da gücləndirməyi həvəslə gözlədiyini qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər